Şəhriyar Məmmədyarov: "Azərbaycan şahmatçılarına qarşı oynaya bilmirəm"

Şəhriyar Məmmədyarov: "Azərbaycan şahmatçılarına qarşı oynaya bilmirəm" Bakı. 26 aprel. REPORT.AZ/ Teymur Rəcəbovla 1993-cü ildən şahmat oynayırıq. Həmin il ilk dəfə Rəcəbova qarşı mübarizə aparmışam. O vaxt cəmi 4 ay əvvəl şahmat oynamağa başlamışdım. Təsəvvür edin, 4 ay şahmat öyrəndim, sonra yarışda Rəcəbova qarşı çıxış etdim.
Fərdi
26 Aprel , 2018 17:53
Şəhriyar Məmmədyarov: Azərbaycan şahmatçılarına qarşı oynaya bilmirəm

Bakı. 26 aprel. REPORT.AZ/ "Teymur Rəcəbovla 1993-cü ildən şahmat oynayırıq. Həmin il ilk dəfə Rəcəbova qarşı mübarizə aparmışam. O vaxt cəmi 4 ay əvvəl şahmat oynamağa başlamışdım. Təsəvvür edin, 4 ay şahmat öyrəndim, sonra yarışda Rəcəbova qarşı çıxış etdim". 

"Report"un məlumatına görə, bunu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018" superturnirinin VII turunda Teymur Rəcəbovla heç-heçə etdiyi görüşdən sonra mətbuat konfransında Şəhriyar Məmmədyarov deyib.

33 yaşlı qrossmeyster bildirib ki, 25 il əvvəlki görüş də "sülh"lə yekunlaşıb: "Teymur artıq uşaqlar və yeniyetmələr arasında bir sıra beynəlxalq turnirlərin qalibi, mükafatçısı idi. Yarışda Vüqar Həşimov, Qədir Hüseynov da iştirak edirdi. İndiyə qədər yadımdadır: Ağ fiqurlarla üstünlük qazanmışdım, amma oyunun həlledici məqamında Teymur heç-heçə təklif etdi. Razılaşdıq və partiya bərabərliklə yekunlaşdı. Oyundan sonra hamı Teymurdan heç-heçə oynamasının səbəbini soruşurdu". 

Məmmədyarov etiraf edib ki, müxtəlif beynəlxalq turnirlərdə rəqib olduğu Azərbaycan şahmatçılarına qarşı oynaya bilmir: "Bütün gücümlə mübarizə aparmaq alınmır. Millidə komanda yoldaşım, dostum olan şahmatçıya rəqib kimi baxmaq asan deyil. Ona görə beynəlxalq turnirlərdə də azərbaycanlılarla görüşmək istəmirəm".

Onun fikrincə, məğlub olduqda belə, həvəsdən düşmək olmaz: "Gərək, növbəti görüşə hazırlaşasan. Çində keçirilən turnirdə ukraynalı şahmatçı Vasili İvançuka qalib gəlmişdim. Partiyadan sonra İvançuk ağlamağa başladı. Göz yaşlarını görəndə çox pis oldum. Onun pərəstişkarları da üzüldü. İvançuk çox duyğusal insandır, ona görə özünü saxlaya bilmədi".

Son xəbərlər

Orphus sistemi