Səfir Moskvada Bədii gimnastika üzrə dünya birinciliyinin açılışında iştirak edib - VİDEO

Səfir Moskvada Bədii gimnastika üzrə dünya birinciliyinin açılışında iştirak edib - VİDEO Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın şəxsi dəvəti ilə yuniorlar arasında Bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində iştirak edib.
Fərdi
19 İyul , 2019 23:31
Səfir Moskvada Bədii gimnastika üzrə dünya birinciliyinin açılışında iştirak edib - VİDEO

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın şəxsi dəvəti ilə yuniorlar arasında Bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində iştirak edib.

Səfirlikdən "Report"un Rusiya bürosuna verilən məlumata görə, tədbirdə Rusiya Federasiyasının İdman və Gənclər Siyasəti naziri Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.

Dünyanın 62 yığma komandasının, o cümlədən Azərbaycan gimnastlarının qatıldığı çempionatın açılışında Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiyanın Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova və Beynəlxalq Olimpiya Komitəsinin Yaponiyadan olan nümayəndəsi Morinari Vatanabe çıxış ediblər. 

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi