Yuxarı

Sebastyan Fettel: "Monakoda bizim üçün çətin olacaq"

Sebastyan Fettel: "Monakoda bizim üçün çətin olacaq"

"Monakoda bizim üçün çətin olacaq. Aşağı sürətli döngələrdə vaxt itirərək problemlərlə üzləşirik. Monakoda tras tamamilə belə yerlərdən ibarətdir". 

"Report" "Race Fans"a istinadən xəbər verir ki, bunu "Ferrari"nin pilotu Sebastyan Fettel Monako Qran-prisi barədə danışarkən deyib. Sürücü bildirib ki, bu yarışda pilotun bacarıqları nəticəyə təsir edəcək: "Bolidi düzgün tənzimləmək da vacibdir. Monakoda bir çox şeyləri nəzərə almalıyıq".

Qeyd edək ki, Sebastyan Fettel cari mövsüm üçüncü pillədən yuxarı yüksələ bilməyib. O, hazırda 64 xalla üçüncü sıradadır. "Mersedes"in pilotu Lüis Hemilton isə 112 xalla liderdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi