​Saxtakarlığa yol verən idmançı karyerasını başa vurub

​Saxtakarlığa yol verən idmançı karyerasını başa vurub Bu barədə idmançının özü açıqlama verib
Fərdi
15 Mart , 2016 18:50
​Saxtakarlığa yol verən idmançı karyerasını başa vurub

Bakı. 15 mart. REPORT.AZ/ Dağ velosipedi üzrə dünya çempionatında velosipedində motor aşkarlanan Femke Van den Driesse karyerasını başa vurub. "Report"un məlumatına görə, bu barədə 20 yaşlı idmançının özü açıqlama verib.

Yanvarda keçirilmiş dünya çempionatında velosipeddə motor aşkar olunsa da, onun komanda yoldaşı Niko van Muylder velosipedin özünə aid olduğunu bildirmişdi.

Həyatının qalan hissəsini rahatlıqla başa vurmaq istəyən belçikalı idmançı istintaq müddətində xərcləri qarşılamayacağını və nəticədə adının təmizə çıxmayacağını deyib.

Son xəbərlər

Orphus sistemi