"Samtredia"nın baş məşqçisi: "Qarabağ” kimi güclü komanda ilə oynamağa hazır deyilik"

"Samtredia"nın baş məşqçisi: "Qarabağ” kimi güclü komanda ilə oynamağa hazır deyilik" "Klubumuzun məğlubiyyətinə sevinənləri təbrik edirəm"
Fərdi
18 İyul , 2017 23:30
Samtredianın baş məşqçisi: Qarabağ” kimi güclü komanda ilə oynamağa hazır deyilik

Tbilisi. 18 iyul. REPORT.AZ/ "Komandamın bugünkü oyununu bəyənmədim".

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Gürcüstan "Samtredia"sının baş məşqçisi Georgi Tsetsadze "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.

O bildirib ki, komandasının "Qarabağ"a çatmasının zamanla əlaqəsi yoxdur.

Təcrübəli mütəxəssis jurnalistlərin digər suallarını da cavablandırıb...

Son zamanlar Gürcüstan futbolunun böhran içində olduğu deyilir...

- Gürcüstan futboluna biz diqqət yetirəcəyik. Ümid edirəm ki, vəziyyət düzələndən sonra siz də buna sevinəcəksiniz.

Siz hər iki oyunu necə dəyərləndirirsiniz?

- Mən bu gün klubumuzun məğlubiyyətinə sevinənləri təbrik edirəm. Bilirəm, Azərbaycanda olduğu kimi, Gürcüstanda da bizim məğlubiyyətimizə sevinənlər var idi. Hər iki oyunda qol vurmadan məğlub olmaq bizim üçün üzücüdür. Düşünürəm ki, “Qarabağ” kimi güclü komanda ilə oynamağa hazır deyilik.

İkinci hissədə komandanız daha yaxşı oyun nümayiş etdirdi...

- Düşünürəm ki, bu gün hər iki komanda yaxşı məşq etdi. Bugünükü oyunumuzun yaxşı olmasının səbəbi ilk oyundakı məğlubiyyət idi.

“Qəbələ”yə də uduzmuşdunuz. Rəhbərlik tərəfindən göndərilsəniz, buna reaksiyanız necə olar?

- Azərbaycanı və jurnalistlərinizi təbrik edirəm. Futbolda hər şey olur. Bu gün qalibiyyət sizinlədirsə, sabah sizi tərk edə bilər.

Azərbaycan və Gürcüstan futbolu haqqında danışmaq istəmirəm. Sadəcə, bilmək istəyirəm ki, “Qarabağ”da legionerlərin çox, “Samtredia”da isə az olmasına münasibətiniz necədir?

- Bu, birbaşa klubun maliyyə durumu ilə bağlıdır. Maliyyə yaxşıdırsa, legioner gətirməkdə problem olmaz. Büdcəmiz yaxşı olsaydı, daha yaxşı legionerlər gətirə bilərdik. Hər şey maliyyə ilə bağlıdır. Yaxşı imkanlarımız olsa, daha yaxşı nəticələr əldə edə bilərik. Hələlik bu acınacaqlı vəziyyətimiz davam edir.

Son xəbərlər

Orphus sistemi