Yuxarı

Şamaxıda Oleq Krapivin adına güləş klubunun açılış mərasimi keçirilib

Tədbirə Ukrayna Güləş Federasiyasının prezidenti Elbrus Tedeyev də qatılıb
© Awf-az.org

Bakı. 2 oktyabr. REPORT.AZ/ Şamaxı şəhərində Oleq Krapivin adına "Şirvan" güləş klubunun açılış mərasimi keçirilib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mərasimdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, Azərbaycan Kikboks Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev və deputat Kamran Nəbizadə, Ukrayna Güləş Federasiyasının prezidenti Elbrus Tedeyev və sonda veteran güləşçi Oleq Krapivin çıxış ediblər.

Tədbirdə bildirilib ki, Azərbaycan idman ölkəsidir və bütün beynəlxalq yarışlarda layiqincə təmsil olunur. Bu il Azərbaycanda Milli Olimpiya Komitəsinin yaranmasının 25 illiyidir. Bu illər ərzində Prezident İlham Əliyevin idmana göstərdiiyi diqqət və qayğının nəticəsidir ki, olimpiya və dünya çempionatlarında Azərbaycan bayrağı ucaldılır. Oleq Krapivin adını daşıdığı idman məktəbində gələcəyin çempionları və sağlam gəncləri yetişəcək.

İdman məktəbində müasir standartlara cavab verən trenajor avadanlığı və böyük güləş zalı var.

Qeyd edək ki, güləş məktəbi Oleq Krapivinin şərəfinə təşkil olunmuş V açıq respublika turniri çərçivəsində açılıb. Yarışdan əvvəl tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Şamaxıdakı abidəsinin qarşısına gül dəstəsi qoyublar. Onların arasında Azərbaycan, Ukrayna, Qırğızıstandan olan güləş federasiyalarının və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi