Yuxarı

Şahmat tacı uğrunda növbəti partiyada da qalib müəyyənləşməyib

Karyakin - Karlsen qarşılaşmasının hesab bərabərdir

Bakı. 16 noyabr. REPORT.AZ/ Dünya şahmat tacı uğrunda rusiyalı Sergey Karyakinlə norveçli Maqnus Karlsen arasındakı 4-cü partiya da qalibi müəyyənləşdirməyib.

"Report"un məlumatına görə, Karyakinin ağ fiqurlarla oynadığı qarşılaşma 6 saatadək davam edib. 94-cü gedişdə tərəflər "sülh"ə razılaşıblar. 5-ci partiya noyabrın 17-də olacaq.

Qeyd edək ki, hazırda şahmat üzrə dünya çempionatında hesab bərabərdir - 2:2. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi