Yuxarı

Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub

Bakı. 24 yanvar. REPORT.AZ/ Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub.

"Report" xəbər verir ki, 9 turdan sonra aktivində 6.5 xal olan Məhəmməd Muradlı birinci yeri tutub. Onunla eyni xal toplayan İsmayıl Şahəliyev II, Ülvi Bacaranı isə 6 xalla III yerdə qərarlaşıb.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilmiş çempionatda 20 şahmatçı iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi