Azərbaycanın şahmat millisi dünya çempionatının ikinci turunda da məğlub olub

Azərbaycanın şahmat millisi dünya çempionatının ikinci turunda da məğlub olub Bakı. 6 mart. REPORT.AZ/ Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatının ikinci turunda İngiltərə ilə üz-üzə gəlib.
Fərdi
6 Mart , 2019 18:12
Azərbaycanın şahmat millisi dünya çempionatının ikinci turunda da məğlub olub

Bakı. 6 mart. REPORT.AZ/ Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatının ikinci turunda İngiltərə ilə üz-üzə gəlib.

"Report" xəbər verir ki, görüş Azərbaycan yığmasının məğlubiyyəti ilə yekunlaşıb. Komandanın heyətində Arkadi Naydiçin Maykl Adamsı məğlub etməsi əhəmiyyətsiz qalıb. 

Rauf Məmmədov Luk Makşeynə, Eltac Səfərli isə Qaveyn Consa uduzub. Qədir Hüseynov isə Devid Hauellə heç-heçə oynayıb. 

Dünya çempionatı, II tur

13:00. Azərbaycan - İngiltərə - 1,5:2,5

Arkadi Naydiç - Maykl Adams - 1:0

Rauf Məmmədov - Luk Makşeyn - 0:1

Qədir Hüseynov - Devid Hauell - 0,5:0,5

Eltac Səfərli - Qaveyn Cons - 0:1 

II turun digər qarşılaşmaları

İsveç - Qazaxıstan - 1:3

ABŞ - Çin - 2.5:1.5 

Rusiya - Misir - 3:1

Hindistan - İran - 2:2

Qeyd edək ki, Azərbaycan millisi ilk turda Çinə məğlub olub. İki turdan sonra Rusiya, ABŞ, İngiltərə hərəyə 4 xalla ilk "3-lük"də qərarlaşıb. Hindistan 3 xalla dördüncü yerdədir. Çin və Qazaxıstan komandaları 2 xalla 5-6-cı yerləri bölüşdürür. İran isə bir xalla yeddincidir. Azərbaycan, Misir və İsveçin isə xalı yoxdur. 

Son xəbərlər

Orphus sistemi