Sabunçu rayonunda minaatan mərmisi aşkarlanıb

Sabunçu rayonunda minaatan mərmisi aşkarlanıb Mərmi zərərsizləşdirilməsi üçün götürülüb
Fərdi
14 May , 2017 18:15
Sabunçu rayonunda minaatan mərmisi aşkarlanıb

Bakı. 14 may. REPORT.AZ/ Bakı şəhəri Sabunçu rayonu – Maştağa qəsəbəsində, evdə 1 ədəd 40 mm-lik minaatan mərmisi (OF) aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, mərmi zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 100 kv.m ərazi yoxlanılıb. 

Son xəbərlər

Orphus sistemi