​Sabiq dünya çempionu 23 yaşında vəfat edib

​Sabiq dünya çempionu 23 yaşında vəfat edib Cənubi koreyalı idmançı xərçəng xəstəliyinə tutulub
Fərdi
4 Aprel , 2016 10:34
​Sabiq dünya çempionu 23 yaşında vəfat edib

Bakı. 4 aprel. REPORT.AZ/ Velosiped idmanının şort-trek üzrə dünya çempionu olmuş No Cin Qyu vəfat edib. "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, 23 yaşlı velosipedçi xərçəng xəstəliyindən dünyasını dəyişib.

Cənubi koreyalı idmançı 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına hazırlıq məqsədilə 2013-cü ildə tutulduğu xəstəlikdən əməliyyat edilib və idmançının sol çiynindən şiş götürülüb. Lakin gənc velosipedçinin hazırlıqları sona qədər davam etməyib. Olimpiadaya təxminən bir ay qalmış onun sümüyündə yenidən siş aşkarlanıb və şişin 13 sm olduğu bildirilib.

Bundan sonra Cin Qyu yenidən əməliyyat edilib və vəziyyəti yaxşılaşıb. Lakin velosipedçi xəstəliyə tam qalib gələ bilməyib.

Qeyd edək ki, idmançı 2011-ci ildə 1500 və 3000 mçetr məsafəyə yarışda dünya rekorduna imza atıb.

Son xəbərlər

Orphus sistemi