Yuxarı

​Sabiq dünya çempionu insanları "Rio-2016"-ya gəlməməyə çağırıb

Rivaldo Braziliyada insan həyatı üçün təhlükənin olduğunu bildirib

Bakı. 10 may. REPORT.AZ/ Braziliya yığmasının sabiq futbolçusu Rivaldo insanları ölkəsində keçiriləcək 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qatılmaqdan imtina etməyə çağırıb.

"Report"un məlumatına görə, dünya çempionu bunu ölkəsində təhlükənin olması ilə əlaqələndirib.

Sabiq hücumçu Braziliyanın hazırda insan həyatı üçün təhlükəli olduğunu bildirib: "Braziliyaya gəlməyi və olimpiadanı izləməyi planlaşdıranları evdə qalmağa çağırıram. Burada sizin həyatınız üçün təhlükə var".

Qeyd edək ki, olimpiada 5-21 avqustda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi