Yuxarı

​Rüstəm Orucov: "Yapon idmançı imkan vermədi ki, fənd tətbiq edim, məni qabaqladı"

Bilirdim ki, yaponiyalı rəqibim ən azı finala çıxacaq

Bakı. 9 avqust. REPORT.AZ/ "Mənə dəstək olanlara təşəkkürümü bildirmək istəyirəm. Bir də atamla anama çox sağ ol demək istəyirəm ki, gətirib məni bu növə qoydular".

"Report"un məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.

73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançı finalda uduzduğu yaponiyalı Şohei Ono barədə də danışıb: "Bakıda təlim-məşq toplanışında olanda bilirdim ki, yaponiyalı rəqibim ən azı finala çıxacaq. Texniki-taktiki hazırlığımı da ona uyğun qurmuşdum. Amma Ono da hazırlıqlı idi. Mənə onu tutmağa imkan vermədi. İmkan vermədi ki, fənd tətbiq edim. Bir növ məni qabaqladı.

Sonda Orucov Azərbaycan xalqına salamlarımı göndərib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi