Rusiyanın "Formula-1" üzrə yeganə pilotu komandadan kənarlaşdırılıb

Rusiyanın "Formula-1" üzrə yeganə pilotu komandadan kənarlaşdırılıb “Toro Rosso” Daniil Kvyatın xidmətinə ehtiyac görmür
Fərdi
25 Oktyabr , 2017 13:28
Rusiyanın Formula-1 üzrə yeganə pilotu komandadan kənarlaşdırılıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Formula-1" üzrə dünya çempionatının iştirakçılarından olan İtaliyanın “Toro Rosso” komandası rusiyalı pilot Daniil Kvyatı heyətdən kənarlaşdırıb. 

“Report” xəbər verir ki, bu barədə Avstriya “Red Bull”unun məsləhətçisi Helmut Marko “Autobild”ə bildirib.

Marko Kvyatı uzunmüddətli perspektivdə düşünmədiklərini və onun bir daha komandaya qayıtmayacağını söyləyib. O bildirib ki, 27 - 29 oktyabrda Meksikada keçiriləcək Qran-pridə “Torro Roso” Pyer Qasli və Brendon Hartlinin xidmətindən yararlanacaq.

Kvyat daha əvvəl qeyri-kafi nəticələr səbəbi ilə Malayziya və Yaponiya Qran prilərində heyətdə yer almayıb. O, 20 - 22 oktyabrda ABŞ-da təşkil olunan növbəti mərhələdə trasa qayıtsa da finişə 10-cu çatıb.

Qeyd edək ki, “Toro Rosso” “Red Bull”un kiçik komandasıdır. "Formula-1"də yeganə rusiyalı pilot olan Daniil Kvyat 2010-cu ildən İtaliya təmsilçisinin uğurları üçün çalışırdı. 

Son xəbərlər

Orphus sistemi