Bakı. 11 iyul. REPORT.AZ/ İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı tennisçi Mariya Şarapovanın 2 illik diskvalifikasiyadan apellyasiyası üzrə qərarı təxirə salıb.
"Report"un məlumatına görə, tərəflərə dinləmələrə hazırlıq üçün əlavə vaxt lazım gəlib.
Habelə, cədvəlin tərtib olunması zamanı münaqişələr yaranıb. Şarapova işi ilə bağlı qərar sentyabrın 19-da çıxarılacaq. Beləliklə, rusiyalı tennisçi cari il avqustun 5-21-də keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını buraxmalı olacaq.
Qeyd edək ki, Mariya Şarapova orqanizmindən meldonium preparatı aşkarlandığı üçün cəzaya məruz qalıb.