Rusiyalı idman şərhçisi azərbaycanlı jurnalistlər üçün master-klass keçib

Rusiyalı idman şərhçisi azərbaycanlı jurnalistlər üçün master-klass keçib Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Bakıda yerli media nümayəndələri üşün SputnikPro layihəsinin yeni moduluna start verib.
Fərdi
16 Aprel , 2019 11:41
Rusiyalı idman şərhçisi azərbaycanlı jurnalistlər üçün master-klass keçib

"Sputnik Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Bakıda yerli media nümayəndələri üşün "SputnikPro" layihəsinin yeni moduluna start verib.

"Report" xəbər verir ki, layihə çərçivəsində rusiyalı jurnalist, idman şərhçisi, MİA "Rossiya seqodnya"nın icraçı direktoru Vasili Konovun iştirakı ilə yerli jurnalist və fotoqraflar üçün master-klass təşkil olunub.

"Nəhəng idman tədbirlərində KİV-lərin işi" adlı seminarda bu cür yarışlara hazırlıq, redaksiyalarda tədbir zamanı fəaliyyət göstərəcək heyətin formalaşdırılması, böyük informasiya axını ilə iş metodları, mətn, audio və video materialların operativ çatdırılması və digər məsələlərdən danışılıb.

V.Konov Rusiyada təşkil olunmuş "Kazan 2013" Ümumdünya Yay Unversiadası, "Soçi 2014" Qış Olimpiya Oyunları, futbol üzrə 2018-ci il dünya çempionatı və digər yarışlardakı iş təcrübəsini bölüşüb.

Tanınmış şərhçi Bakıda keçirilən nəhəng yarışlardan da söhbət açıb. Onun sözlərinə görə, "Bakı 2015" I Avropa Oyunları, "Formual 1", UEFA Avropa Liqasının finalı kimi ciddi layihələr Azərbaycan paytaxtının idman baxımından düzgün istiqamətdə inkişafda olmasının göstəricisidir. V.Konov "Formual 1"in  Bakını bütün dünyaya tanıtmaq baxımından önəmli vasitə olduğunu deyib.

Rusiyalı jurnalist daha sonra sualları cavablandırıb.

Son xəbərlər

Orphus sistemi