Rusiyalı ikiqat olimpiya çempionu vəfat edib

Rusiyalı ikiqat olimpiya çempionu vəfat edib Keçmiş kayakçı və məşqçi 86 yaşında dünyasını dəyişib
Fərdi
3 Sentyabr , 2016 09:54
Rusiyalı ikiqat olimpiya çempionu vəfat edib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Keçmiş SSRİ-nin kayak üzrə 2 qat olimpiya və 3 qat dünya çempionu Antonina Seredina vəfat edib. "Report"un məlumatına görə, sabiq idmançı və məşqçi 86 yaşında dünyasını dəyişib. 

Rusiyanın Tver şəhərindən olan Seredina 1960-cı il Roma Yay Olimpiya Oyunlarında 1 nəfərlik və 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə qızıl medal qazanıb. O, həmçinin 1968-ci il Mexiko olimpiadasında 2 nəfərlik qayıqla eyni məsafəyə yürüşdə bürünc mükafatçı olub. 

Tanınmış idmançının aktivində 8 qat Avropa və 15 qat SSRİ çempionluğu da var. 1960-cı ildə SSRİ-nin ən yaxşı idmançısı sayılan mərhum kayakçı 1970-ci ildə ən yaxşı məşqçi olub. 

Son xəbərlər

Orphus sistemi