Yuxarı

Rusiyalı dünya çempionu: "Bakıda dünya rekorduna imza atmaq üçün yeni kombinasiya etməyə çalışacağam"

© Report

Bakı. 16 fevral. REPORT.AZ/ "Yarışlarla bağlı təəssüratlarım çox yüksəkdir. Təşkilatçılıq hər zamankı kimi yüksək səviyyədədir".

"Report" xəbər verir ki, bunu bu gün Bakıda start götürən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanan Rusiya tamblinqçisi Vadim Afanasyev söyləyib.

Təsnifat mərhələsində ən yaxşı göstəriciyə imza atan dünya çempionu Bakıda rekord müəyyənləşdirmək istədiyini deyib: "Stabil şəkildə çıxışımı davam etdirmək istəyirəm. Finalda dünya rekorduna imza atmaq üçün yeni kombinasiya etməyə çalışacağam. İndi də daha yaxşı nəticə göstərə bilərdim. Yarışın səhər saatlarında olması bir qədər mane oldu".

Qeyd edək ki, Azərbaycan tamblinqçisi Mixail Malkin 2-ci göstərici ilə finala adlayıb. Fevralın 17-də Milli Gimnastika Arenasında keçiriləcək final mərhələsi saat 12:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi