Rusiyada boks üzrə ikiqat Avropa çempionu həbs olunub

Rusiyada boks üzrə ikiqat Avropa çempionu həbs olunub O və qardaşı barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib
Fərdi
24 Yanvar , 2017 15:55
Rusiyada boks üzrə ikiqat Avropa çempionu həbs olunub

Bakı. 24 yanvar. REPORT.AZ/ Rusiyada boks üzrə ikiqat Avropa çempionu İqor Alborov həbs olunub. 

"Report"un məlumatına görə, bu barədə Çerkessk məhkəməsi qərar verib.

O, iki nəfərin ölümündə təqsirli bilinib. Avropa çempionu ilə yanaşı, onun qardaşı Alan Alborov da həbs olunub. Hər iki şəxs barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Qətl hadisəsi 2016-cı ilin noyabrında baş verib. Qardaşlar 30 yaşlı Alan Qoyayev və onun 70 yaşlı atası Aleksandr Qoyayevə Cənubi Osetiya ərazisində ölən qohumlarının qisasını almaq üçün hücum etdiklərini bildiriblər. Çoxsaylı bıçaq xəsarəti alan A.Qoyayevin meyiti yaşadığı evin pilləkənlərində, atasının cəsədi isə mənzildə tapılıb.

Qeyd edək ki, İqor Alborov yeniyetmə və gənclər arasında iki dəfə Avropa çempionu olub.

.

Son xəbərlər

Orphus sistemi