Yuxarı

Rusiya Olimpiya Komitəsinə yeni prezident seçilib

O, üzgüçülük üzrə 4 qat olimpiya çempionu Aleksandr Popovu üstələyib

Bakı. 29 may. REPORT.AZ/ Rusiya Olimpiya Komitəsinə (OKR) yeni prezident seçilib.

"Report"un məlumatına görə, bu, qılıncoynatma üzrə 4 qat olimpiya çempionu Stanislav Pozdnyakovdur.

Pozdnyakov səslərin 214-ünü (78,7 faiz) qazanıb. O, üzgüçülük üzrə 4 qat olimpiya çempionu Aleksandr Popovu üstələyib. Popov 56 səs (20,6 faiz) toplayıb.

44 yaşlı Pozdnyakov 2016-cı ildən OKR-in I vitse-prezidenti idi. O, qurumun prezidenti postunda növbəti 4 il müddətində çalışacaq.

Qeyd edək ki, Stanislav Pozdnyakov həm də qılıncoynatmanın sablya növü üzrə 10 qat dünya, 13 qat Avropa çempionu, Dünya Kubokunun 5 qat qalibi, SSRİ və Rusiyanın əməkdar idman ustasıdır. O, idmançı karyerasını başa vurduqdan sonra Rusiya Qılıncoynatma Federasiyasında məşqçi və funksioner kimi çalışıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi