Yuxarı

Rusiya güləşçisi məşqçi ilə deputat arasındakı münaqişə nəticəsində ağır yaralanıb

Aleksandr Boqomoyevin dalağı cırılıb, özü isə xeyli qan itirib

Bakı. 24 aprel. REPORT.AZ/ Sərbəst güləş üzrə dəfələrlə Rusiya çempionu və Dünya Kubokunun sahibi Aleksandr Boqomoyev Ust-Ordinsk qəsəbəsindəki insidentdən sonra İrkutsk xəstəxanalarından birində əməliyyat olunub. "Report"un "life.ru"ya istinadən verdiyi məlumata görə, hazırda Boqomoyev reanimasiya şöbəsindədir.

Güləş turnirindən sonra məşqçi Bair İlyinlə rayon dumasının deputatı Anton Asalxanov arasındakı konflikt baş verib. Münaqişə kütləvi davaya çevrilib. Nəticədə İlyin ağ ciyəri və böyrəyindən ciddi zədə, Asalxanov isə yüngül bıçaq yaraları alıb. Bundan başqa deputatın başına balta sapı ilə zərbə endirilib.

Boqomoyevin qarnına isə boru ilə küt zədə yetirilib. Nəticədə onun dalağı cırılıb, özü isə xeyli qan itirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi