​Rusiya "Formula-1"in Soçi mərhələsi üçün bilet qiymətini açıqlayıb

​Rusiya "Formula-1"in Soçi mərhələsi üçün bilet qiymətini açıqlayıb Azarkeşlər ən azı 130 manatından keçməlidir
Fərdi
4 Dekabr , 2015 16:35
​Rusiya Formula-1in Soçi mərhələsi üçün bilet qiymətini açıqlayıb

Bakı. 4 dekabr. REPORT.AZ/ "Formula-1" üzrə dünya çempionatının gələn il Rusiyada keçiriləcək mərhələsi üçün biletlərin qiyməti açıqlanıb. "Report"un məlumatına görə, yarışı izləyənlər azı 8 300 rubldan (təxminən 130 manat) keçməlidir. 

Bu qiymət müvəqqəti tribunalar üçün qüvvədədir. Əsas tribunalardan yarışı izləmək üçün isə 18 800 rubl (təxminən 290 manat) ödəmək lazımdır.

Yarışın Rusiya mərhələsi 29 aprel - 1 may 2016-cı ildə Soçidə keçiriləcək.

Qeyd edək ki, "Formula-1" üzrə dünya çempionatının Azərbaycan Qran-Prisi isə 17 - 19 iyunda Bakı küçələrində olacaq.

Son xəbərlər

Orphus sistemi