Yuxarı

Rusiya biatlonçuları kuryoz hadisə ilə üzləşiblər

Rusiya biatlonçuları kuryoz hadisə ilə üzləşiblər

Rusiyanın biatlon üzrə yığma komandası kuryoz hadisə ilə üzləşib.

“Report” “Sport Ekspress”ə istinadən xəbər verir ki, Rusiya Biatlon Federasiyası çarter reysinə vaxtında ödəniş etmədiyi üçün komanda üzvlər Norveçdə keçiriləcək Dünya Kubokunun sonuncu mərhələsinə avtomobillərlə getməli olublar.

Rusiyalı biatlonçuların İsveçin Estersund şəhərindən yarışın baş tutacağı Holmenkollen şəhərinə 8 saata çatdıqları bildirlir.

Qeyd edək ki, İsveçdə baş tutan dünya çempionatında sonra bütün komandalar Norveçə təyyarə ilə yollanıb. Yarış 21-24 martda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi