​Rusiya Antidopinq Agentliyinin səlahiyyətləri bərpa olunur

​Rusiya Antidopinq Agentliyinin səlahiyyətləri bərpa olunur Bu barədə ölkənin idman naziri açıqlama verib
Fərdi
20 Yanvar , 2016 17:52
​Rusiya Antidopinq Agentliyinin səlahiyyətləri bərpa olunur

Bakı. 20 yanvar. REPORT.AZ/ Rusiyanın Antidopinq Agentliyinin (RUSADA) səlahiyyətləri qismən bərpa olunur. "Report" BBC-yə istinadən xəbər verir ki, bunu Rusiyanın idman naziri Vitali Mutko bildirib.

Nazirin sözlərinə görə, Anna Antselioviçin RUSADA-nın baş direktoru vəzifəsinə namizədliyi Ümumdünya Antidopinq Agentliyini (WADA) də qane edir. Hazırda A.Antselioviç baş direktor səlahiyyətlərini icra etməkdədir.

Qeyd edək ki, ötən ilin noyabrında WADA Rusiyanı antidopinq qaydalarını pozmaqda ittiham edib və Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası təşkil etdiyi bütün yarışlardan rusiyalı atletlərin kənarlaşdırılmasına qərar verib. 

Son xəbərlər

Orphus sistemi