Rövnəq Abdullayev cüdoçumuz Rüstəm Orucovu təltif edib - FOTO

Rövnəq Abdullayev cüdoçumuz Rüstəm Orucovu təltif edib - FOTO Rövnəq Abdullayev "Böyük dəbilqə" turnirində 73 kq çəki dərəcəsində medal qazanmış idmançıların mükafatlandırılma mərasimində iştirak edib
Fərdi
7 May , 2016 17:15
Rövnəq Abdullayev cüdoçumuz Rüstəm Orucovu təltif edib - FOTO

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Bakıdakı "Böyük dəbilqə" turnirində 73 kq çəki dərəcəsində medal qazanmış idmançıların mükafatlandırılma mərasimində iştirak edib. "Report"un məlumatına görə, R.Abdullayev mükafatlandırmaya Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə birgə qatılıb.

Onlar fəxri kürsüyə yüksələn cüdoçuları, o cümlədən, bürünc medal qazanmış Azərbaycan təmsilçisi Rüstəm Orucovu təltif ediblər.

Qeyd edək ki, Rövnəq Abdullayev ötən gün bürünc medal qazanmış daha bir cüdoçu Tərlan Kərimovu (66 kq) da mükafatlandırıb. 

Son xəbərlər

Orphus sistemi