​"Roland Garros" turnirinin qalibləri müəyyənləşib

​"Roland Garros" turnirinin qalibləri müəyyənləşib Qadınların fərdi mübarizəsində finalda gözlənilməz nəticə baş verib
Fərdi
6 İyun , 2016 10:15
​Roland Garros turnirinin qalibləri müəyyənləşib

Bakı. 6 iyun. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə tennis üzrə "Roland Garros" (Böyük Dəbilqə) turnirinə yekun vurulub. "Report"un məlumatına görə, serbiyalı Novak Cokoviç kişilərin fərdi mübarizəsində ən güclü adına sahib çıxıb.

N.Djokoviç həlledici görüşdə ingiltərəli Endi Marreyə qalib gəlib - 3:6, 6:1, 6:2, 6:4. Bu 29 yaşlı tennisçinin "Roland Garros"da ilk, "Böyük Dəbilqə"də isə 12-ci uğuru olub. 

Qadınların fərdi görüşündə ABŞ təmsilçisi Selena Uilyams finalda ispaniyalı Muqurusa Qarbinyeyə uduzub. 7:5, 6:4 hesablı üstünlüklə qələbəyə nail olan M.Qarbinye "Böyük dəbilqə" seriyalı turnirlərdə ilk dəfə qalib olub.

Qeyd edək ki, "Roland Garros"un mükafat fondu 32.5 milyon avrodur.

Son xəbərlər

Orphus sistemi