Rio Ferdinand peşəkar boksçu olmağı planlaşdırır

Rio Ferdinand peşəkar boksçu olmağı planlaşdırır O, futbolçu karyerasını 2015-ci ilin mayında başa vurub
Fərdi
19 Sentyabr , 2017 03:30
Rio Ferdinand peşəkar boksçu olmağı planlaşdırır

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Mançester Yunayted" klubu və İngiltərə yığmasının sabiq müdafiəçisi, hazırda isə futbol eksperti olan Rio Ferdinand özünü boks rinqində sınamağı planlaşdırır.

"Report" "The Telegraph" istinadən xəbər verir ki, 38 yaşlı Ferdinand sentyabrın 19-da səhər xüsusi mətbuat konfransı keçirərək öz planları barədə danışmaq niyyətindədir.

O, futbolçu karyerasını 2015-ci ilin mayında, "Kuinz Park Reyncers" klubundan ayrıldıqdan üç gün sonra başa vurub.

Hazırda Ferdinand televiziyalarda işləməklə yanaşı, fitnes-mərkəzdə idman etməklə formasını saxlayır və boks dünyasında baş verən hadisələrlə maraqlanır.

Son xəbərlər

Orphus sistemi