​Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarına 2,7 milyondan çox bilet satılıb

​Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarına 2,7 milyondan çox bilet satılıb Yüngül atletika üzrə final yarışlarına bütün biletlər alınıb
Fərdi
12 Avqust , 2016 19:54
​Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarına 2,7 milyondan çox bilet satılıb

Bakı. 12 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda keçirilən Olimpiya oyunlarına tamaşaçılar arasında çox böyük maraq var. Ümumilikdə, olimpiadaya 2,736 mln. bilet satılıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə müsahibəsində Rio-2016-nın Təşkilat Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mario Andrada deyib.

"Ümumilikdə, Olimpiya Oyunlarına 2 mln. 736 min bilet satılıb", -M. Andrada vurğulayıb.

Onun sözlərinə görə, yüngül atletika üzrə final yarışlarına bütün biletlər alınıb.

Xatırladaq ki, Olimpiya Oyunları Braziliyada avqustun 5-dən 21-dək keçirilir. 

Son xəbərlər

Orphus sistemi