Bakı. 16 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda keçirilən yüngül atletika üzrə Olimpiya turniri yarışları yağış səbəbindən dayandırılıb.
"Report" xəbər verir ki, yarışların nə zaman bərpa olunacağı məlum deyil.
Çərşənbə axşamı yüngül atletika turnirində daha üç medal dəsti oynanılacaq: kişilər arasında şüvüllə tullanma, 800 metr məsafəyə qaçış (kişilər) və 400 metr məsafəyə qaçış (qadınlar).
XXXI Yay Olimpiya Oyunları avqustun 21-də başa çatacaq.