"Rio-2016"ya lisenziya xarakterli Avropa Olimpiya Təsnifat Turnirinə yollanacaq sərbəst güləşçilər açıqlanıb

"Rio-2016"ya lisenziya xarakterli Avropa Olimpiya Təsnifat Turnirinə yollanacaq sərbəst güləşçilər açıqlanıb Azərbaycanı qitə çempionları təmsil edəcək
Fərdi
12 Aprel , 2016 19:08
Rio-2016ya lisenziya xarakterli Avropa Olimpiya Təsnifat Turnirinə yollanacaq sərbəst güləşçilər açıqlanıb

Bakı. 12 aprel. REPORT.AZ/ Aprelin 15-də Serbiyanın Zrenyanin şəhərində start götürəcək Avropa Olimpiya Təsnifat Turnirində Azərbaycanı 2 sərbəst güləşçi təmsil edəcək. "Report"un məlumatına görə, üç gün davam edəcək yarışa Avropa çempionları Mahmud Məhəmmədovla (57 kq) Cəbrayıl Həsənov (74 kq) qatılacaq.

Daha öncə yunan-Roma güləşçiləri müəyyənləşib. Azərbaycanı bu növdə Kamran Məmmədovla (66 kq) Şalva Qadabadze (98 kq) təmsil edəcək.

Pəhləvanlar finala vəsiqə qazanacaqları halda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. 

Son xəbərlər

Orphus sistemi