​"Rio-2016" üçün 1,5 milyard dollar pul ayrılacaq

​"Rio-2016" üçün 1,5 milyard dollar pul ayrılacaq Soçi-2014 53,15 milyon dollar gəlir gətirib
Fərdi
27 Fevral , 2015 17:51
​Rio-2016 üçün 1,5 milyard dollar pul ayrılacaq

Bakı. 27 fevral. REPORT.AZ/ Ötən il Rusiyanın Soçi şəhərində keçirilən Qış Olimpiya Oyunlarının təşkilatçılığından 53,15 milyon dollar gəlir əldə edilib. 

"Report"un "BBC Russia"ya istinadən verdiyi məlumata görə, bu barədə Rio de Janeyroda keçirilən konfransda Beynəlxalq Olimpiya Komitəsinin nümayəndəsi Mark Adams açıqlama verib.

O bildirib ki, əldə olunan gəlirin 20%-i (10 milyon dollar) Rusiya Olimpiya Komitəsinə veriləcək. Bu vəsait Rusiyada olimpiya muzeyinin yaradılmasına və idmanın inkişafına sərf olunacaq. M.Adams Soçi Olimpiadasının ümumi dəyərinin 41 milyard dollar olduğunu bildirib.

Komitə rəsmisi təmsil etdiyi qurumun "Rio-2016" üçün 1,5 milyard dollar ayırmağı düşündüyünü də qeyd edib.

Son xəbərlər

Orphus sistemi