​Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının məşəli yandırılıb

​Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının məşəli yandırılıb Tədbirdə Azad Rəhimov da iştirak edib
Fərdi
21 Aprel , 2016 13:43
​Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının məşəli yandırılıb

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün Yunanıstanın paytaxtı Afinada 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya Oyunları məşəlinin alovlandırılma mərasimi keçirilib. "Report"un məlumatına görə, alov Afina yaxınlığında yerləşən Olimpiya məbədindən götürülüb.

Məşəlin daşınma estafetini yunan idmançılar başlayıb. İlk olaraq məşəli 2015-ci ildə idman gimnastikası üzrə dünya çempionu olmuş Petrunias Elefterios daşıyıb. Estafetin özünə aid mərhələsini başa vurduqdan sonra o, məşəli voleybol üzrə braziliyalı ikiqat olimpiya çempionu Covane Qavioya verəcək. Yunanıstanda məşəli ölkədə öz talelərinin həllini gözləyən on minlərlə qaçqından biri də daşıyacaq.  

Bir həftə Yunanıstanda saxlanılacaq məşəl aprelin 27-də "Rio-2016"nın Təşkilat Komitəsinə təqdim olunacaq. Braziliyada isə məşəlin daşınma estafeti mayın 3-də start götürəcək. 12 min insanın iştirakı ilə daşınacaq məşəl avqustun 5-də Rio-de-Janeyroya - olimpiadanın açılış mərasiminin keçiriləcəyi Marakana stadionuna gətiriləcək.

Məşəlin alovlandırma mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da iştirak edib.

Qeyd edək ki, Olimpiya Oyunları 5 - 21 avqustda Rio-de-Janeyroda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi