​Rio-2016: Məhəmmədrəsul Məcidov qaşından zədələnərək mübarizəni dayandırıb

​Rio-2016: Məhəmmədrəsul Məcidov qaşından zədələnərək mübarizəni dayandırıb Boksçu qazaxıstanlı rəqibinə yenilib
Fərdi
14 Avqust , 2016 02:57
​Rio-2016: Məhəmmədrəsul Məcidov qaşından zədələnərək mübarizəni dayandırıb

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Məhəmmədrəsul Məcidov növbəti görüşünə çıxıb.

"Report"un məlumatına görə, 91 kq-dan yuxarı çəkidə çıxış edən 30 yaşlı idmançının rəqibi qazaxıstanlı İvan Dıçko olub.

Məcidovla Dıçko əvvəllər iki dəfə dünya çempionatında üz-üzə gəlmişdilər. Həm 2011-ci ildə Bakıda keçirilmiş çempionatın yarımfinalında, həm də 2013-cü ildə Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş mundialın finalında Azərbaycan boksçusu qələbə qazanmışdı. 2012-ci il London olimpiadasında isə onlar bürünc medal qazanmışdılar.

Bu dəfə ilk raud Dıçkonun üstünlüyü ilə tamamlanıb. İkinci raundun ortalarında Məcidov qaşından zərbə alıb. Nəticədə zərbə onun gözlərinə təsir edib. Bu səbəbdən, həkimlər döyüşün dayandırılmasına qərar veriblər.

Bununla da 1/4 finalda mübarizəni dayandıran Albert Səlimov və Abdulqadir Abdullayevin ardından daha bir dağıstanlı legioner olimpiadanı medalsız başa vurub.

Son xəbərlər

Orphus sistemi