“Rio-2016”: Azərbaycanın sərbəst güləşçisi Cəmaləddin Məhəmmədov mübarizəni dayandırıb - YENİLƏNİB

“Rio-2016”: Azərbaycanın sərbəst güləşçisi Cəmaləddin Məhəmmədov mübarizəni dayandırıb - YENİLƏNİB O, təsəlliverici görüşlərə çıxmaq şansını itirib
Fərdi
20 Avqust , 2016 19:34
“Rio-2016”: Azərbaycanın sərbəst güləşçisi Cəmaləddin Məhəmmədov mübarizəni dayandırıb - YENİLƏNİB

Bakı. 20 avqust. REPORT.AZ/ I Avropa Oyunlarının mükafatçısı, Azərbaycanı təmsil edən sərbəst güləşçi Cəmaləddin Məhəmmədov təsəlliverici görüşlərdə iştirak etmək üçün amerikalının finaladək irəliləməsini gözləməli olub. 

"Report"un məlumatına görə, Tervel Dlaqnev yarımfinaladək irəliləsə də, həmin görüşdə iranlı rəqibinə 0:8 hesabı ilə uduzaraq finaldan kənarda qalıb. 

Buna görə də Məhəmmədov bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxmaq şansını da itirib və "Rio-2016" Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. 

***18:20

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın daha bir sərbəst güləşçisi mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, olimpiya çempionumuz Şərif Şərifovdan sonra Avropa və dünya çempionatlarının, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının mükafatçısı Cəmaləddin Məhəmmədov döşək üzərinə çıxıb.

125 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançının 1/8 finaldakı rəqibi ABŞ-dan olan Tervel Dlaqnev olub.

Olimpiya çempionumuz Şərif Şərifovdan fərqli Məhəmmədov mübarizəyə məğlubiyyətlə başlayıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk hissəsi Məhəmmədovun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Güləşçimiz ikinci hissənin əvvəlində üstünlüyünü 5:0-a çatdırsa da, bundan sonra vəziyyət tam dəyişib. Belə ki, amerikalı rəqib 6 xal qazanaraq görüşü xeyrinə başa şatdırıb. Bununla da Məhəmmədov məğlub olub.

Döşək üzərinə ayağı sarıqlı çıxan güləşçimizin zədəsi də nəticəyə öz təsirini göstərib.

Məhəmmədov təsəlliverici görüşlərdə iştirak etmək üçün amerikalının finala qədər irəliləməsini gözləməlidir.

Son xəbərlər

Orphus sistemi