Riad Rəfiyev: "Monrozun davranışı yaxşı hal deyil"

Riad Rəfiyev: "Monrozun davranışı yaxşı hal deyil" “Qəbələ”nin futbolçusu Stiven Monrozun səfərdə “Keşlə” ilə keçirdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçında ədəbsiz hərəkətə yol verməsi AFFA Klublar Komitəsinin iclasında müzakirə olunmayıb.
Fərdi
16 Aprel , 2019 12:38
Riad Rəfiyev: Monrozun davranışı yaxşı hal deyil

“Qəbələ”nin futbolçusu Stiven Monrozun səfərdə “Keşlə” ilə keçirdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçında ədəbsiz hərəkətə yol verməsi AFFA Klublar Komitəsinin iclasında müzakirə olunmayıb.

“Report” xəbər verir ki, bu barədə komitənin sədri Riad Rəfiyev toplantıdan sonra təşkil etdiyi brifinqə bildirib. Onun sözlərinə görə, iclas zamanı klublarda futbolçularla tərbiyəvi xarakterli işlərin aparılmasından danışılıb.

R.Rəfiyev deyib ki, Monrozun davranışı ilə bağlı ölçü götürülməsi Klublar Komitəsinin səlahiyyətində deyil: “Onun məsələsinə İntizam Komitəsi baxaraq müvafiq qərar verəcək. Toplantıda tərbiyə işləri barədə danışdıq. Əlbəttə, Monrozun davranışı yaxşı hal deyil. Heç kim istəməz ki, belə alınsın. Biz və başqa klublar da müzakirələr aparırıq. Futbolçulara təkcə əsas komanda ilə deyil, akademiyada da özlərini necə aparmaları və media ilə necə münasibət qurmalı olduqları kimi məsələləri çatdırırıq”. 

Son xəbərlər

Orphus sistemi