Yuxarı

"Formula 1": “Reno” yeni bolidini təqdim edib

Bakı. 12 fevral. REPORT.AZ/ “Formula 1” üzrə dünya çempionatında iştirak edən Fransanın “Reno” komandası yeni bolidini təqdim edib.

“Report” xəbər verir ki, təqdimat mərasimi komandanın Böyük Britaniyanın Enstoun şəhərindəki bazasında olub. "Reno" yeni bolidində ənənəvi sarı və qara rənglərini saxlayıb.

Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyanın Melburn şəhərindəki “Albert Park” trasında 15 - 17 martda olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi 26 - 28 apreldə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi