Yuxarı

"Red Bull" tayvanlı pilotla bağlı qərar verib

"Red Bull" tayvanlı pilotla bağlı qərar verib

“Formula 1” pilotu Aleksander Albon Avstriyanın “Red Bull” komandası ilə müqaviləsinin müddətini uzadıb.

“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı tayvanlı pilotla 2020-ci ilin sonuna qədər müqavilə imzalanıb.

Cari mövsümdə 84 xalla 6-cı pillədə qərarlaşan Albon bu il avqustun 12-də Macarıstan Qran-prisindən sonra Avstriya konserninin törəmə komandası olan “Toro Rosso”dan “Red Bull”a keçib. Uğursuz nəticələri olan Pyer Qaslini əvəzləyən gənc sürücü yeni mövsümdə də Maks Ferstappenin komanda yoldaşı olacaq.

Qeyd edək ki, mövsümə Braziliya (17 noyabr) və Abu-Dabi (1 dekabr) Qran-priləri ilə yekun vurulacaq. Almaniyanın “Mercedes” komandasının britaniyalı pilotu Lüis Hemilton çempionluğu erkən təmin edib.

2020-ci il Azərbaycan Qran-prisi 5 – 7 iyunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi