"Red Bull" Bakıda gücləndirilmiş motorla çıxış edəcək

"Red Bull" Bakıda gücləndirilmiş motorla çıxış edəcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi ərəfəsində Avstriyanın “Red Bull” komandasının bolidlərinə daha güclü motor quraşdırılacaq.
Fərdi
16 Aprel , 2019 13:38
Red Bull Bakıda gücləndirilmiş motorla çıxış edəcək

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ərəfəsində Avstriyanın “Red Bull” komandasının bolidlərinə daha güclü motor quraşdırılacaq.

“Report” xəbər verir ki, bu barədə komandanın məsləhətçisi Helmut Marko “De Telegraaf”a bildirib. O, mühərrikə 20 at gücü əlavə edildiyini söyləyib: “Honda”dan xoş xəbər var. Bakıda əlavə 20 at gücü olan motor alacağıq. Hərçənd yeni motorun mövsümün altıncı mərhələsində, Monako Qran-prisi üçün hazır olacağı bildirilirdi”.

Komandanın rəhbəri Kristian Hornerin fikrincə, yenilənmiş motor “Red Bull”a kömək edəcək.

Bir müddət əvvəl “Red Bull”un pilotu Maks Ferstappen “Red Bull”un boldinin sürətdə “Ferrari” və “Mercedes”dən geri qaldığını söyləmişdi. Avstriya təmsilçisinin sabiq pilotu Daniel Rikkardo 2017-ci ildə Azərbaycan Qran-prisinin qalibi olub.

Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür.

Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.

Son xəbərlər

Orphus sistemi