Yuxarı

Raquf Orucovun xatirəsinə həsr olunan beynəlxalq cüdo turniri keçirilib

Raquf Orucovun xatirəsinə həsr edilən beynəlxalq cüdo turniri keçirili

Bakı İdman Sarayında Aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun xatirəsinə həsr edilən beynəlxalq cüdo turniri keçirilib. 

"Report" xəbər verir ki, yarışın açılış mərasimində çıxış edənlər Aprel döyüşlərinin Azərbaycan ordusunun parlaq tarixi qələbələrindən biri olduğunu söyləyiblər. Natiqlər Raquf Orucov və onun kimi Vətən yolunda şəhid olmuş digər qəhrəmanların əziz xatirəsinin hər zaman yad olunacağını vurğulayıblar.

Sonra komanda yarışlarının final görüşləri keçirilib. Gürcüstan komandası 1-ci, "Judo 2012" klubu 2-ci, Qroznı və Mahaçqala komandaları 3-cü yerləri tutublar. Qaliblərə kubok, medallar və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, "Raquf Orucov kuboku" beynəlxalq turnirində 4 ölkədən 13 komanda mübarizə aparıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi