Ramil Quliyev yeni mövsümə Rusiyada hazırlaşacaq

Ramil Quliyev yeni mövsümə Rusiyada hazırlaşacaq Əslən azərbaycanlı dünya çempionu yanvarın 10-dan məşqlərə başlayacaq
Fərdi
27 Dekabr , 2017 16:59
Ramil Quliyev yeni mövsümə Rusiyada hazırlaşacaq

Bakı. 27 dekabr. REPORT.AZ/ Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev yeni mövsümün hazırlıqlarına yanvarın 10-da başlayacaq.

"Report"un məlumatına görə, bu barədə TASS-a dünya çempionunun meneceri Olqa Nazarova açıqlama verib. O bildirib ki, 27 yaşlı idmançı Moskvaətrafı Novoqorsk bazasında məşqlər edəcək. Bundan 4 gün sonra isə hazırlıq prosesinə sprinterin şəxsi məşqçisi Oleq Muxin də qoşulacaq. Quliyev Muxinin digər yetirməsi, Rusiyanın aparıcı sprinterlərindən sayılan Ruslan Perestyukla birgə çalışacaq.

Əslən azərbaycanlı atlet karyerasında ilk dünya çempionluğunu bu il Böyük Britaniyanın paytaxtı Londonda 200 metr məsafəyə qaçış növündə qazanıb. Əvvəllər onun ən yüksək nəticəsi eyni məsafəyə qaçışda Avropa vitse-çempionluğu olub. Atlet 2011-ci ilədək Azərbaycan millisində çıxış edib. Türkiyəyə gedənədək idmançı Ümumrusiya Atletika Federasiyası ilə danışıqlar aparıb. Lakin onun Rusiya vətəndaşlığı almaq istəyi nəticəsiz qalıb.

Meneceri Quliyevin qış mövsümünü və 1 - 4 martda Böyük Britaniyanın Birmingem şəhərində qapalı qurğuda dünya çempionatını buraxacağını da vurğulayıb. Əslən azərbaycanlı sprinter üçün əsas yarış avqustda Almaniyanın paytaxtı Avropadakı dünya çempionatı olacaq.

Son xəbərlər

Orphus sistemi