Yuxarı

Rafael Ağayev Karate1 Premyer Liqa turnirində bürünc medal qazanıb - FOTO

​Rafael Ağayev Karate1 Premyer Liqa turnirində bürünc medal qazanıb

Azərbaycan Milli Komandasının üzvü Rafael Ağayev (-75 kq) Rabatda Karate1 Premyer Liqa turnirində bürünc medal qazanıb.

Azərbaycan Milli Karate Federasiyasından "Report"a verilən məlumata görə, fransalı idmançı Loqan Da Kosta ilə həlledici görüşdə 2-0 hesabı ilə qalib gələn R.Ağayev dünya və olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib.

Milli komandanın üzvlərindən Turqut Həsənov Pənah Abdullayev (-84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.

Qeyd edək ki, aprelin 19-dan 21-dək Mərakeş Krallığının paytaxtında Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından üçüncü nüfuzlu yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb. Beynəlxalq hakimlərdən Vüqar Kərimova final görüşlərini idarə etmək, Cahangir Babayevə isə ondan əlavə tatami meneceri kim məsul işlər həvalə olunub.

Milli komandanın növbəti yarışı 17-19 mayda Istanbulda Karate1 Seriya A turniri olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi