Yuxarı

Qazaxıstan IV İslam Həmrəyliyi Oyunlarında 4 idman növündə təmsil olunacaq

35 idmançı boks, güləş, cüdo və taekvondo üzrə yarışlarda mübarizə aparacaqlar

Bakı. 29 aprel. REPORT.AZ/ Qazaxıstan Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 4 idman növündə təmsil olunacaq.

"Report" “Kazinform”a istinadən xəbər verir ki, 35 idmançı boks, güləş, cüdo və taekvondo üzrə yarışlarda mübarizə aparacaqlar.

Qazaxıstan ümumilikdə 50 nəfərlik heyətlə Bakıya gələcək. Onlardan 10 nəfəri məşqçilər korpusunun üzvləri olacaq. Digər 5 nəfərə gəlincə, bunlar nümayəndə heyətinin başçısı, qərargah nümayəndəsi, həkimlər və mətbuat katibidir.

Qeyd edək ki, İslamiada mayın 12-də başlayacaq və 22-də başa çatacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi