​Azərbaycanın qadın güləşi üzrə yığma komandası Dünya Kubokuna Ukraynada hazırlaşır

​Azərbaycanın qadın güləşi üzrə yığma komandası Dünya Kubokuna Ukraynada hazırlaşır Təlim-məşq toplanışı martın 5-dək davam edəcək
Fərdi
25 Fevral , 2015 14:04
​Azərbaycanın qadın güləşi üzrə yığma komandası Dünya Kubokuna Ukraynada hazırlaşır

Bakı. 25 fevral. REPORT.AZ/ Martın 7-də Rusiyanın Sankt-Peterburq şəhərində qadın güləşçilər arasında Dünya Kuboku yarışları keçiriləcək. "Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 2 gün davam edəcək yarışda iştirak edəcək Azərbaycan yığma komandasının üzvləri təlim-məşq toplanışını Kiyevdə davam etdirir.

Qadın pəhləvanlar fevralın 20-dən etibarən Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışına başlayıb. Yığma komandanın baş məşqçisi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında təlim-məşq toplanışına 11 güləşçi cəlb olunub.

Mariya Stadnik (48 kq), Patimat Baqomedova, Anjela Doroqan, Leyla Qurbanova (hamısı 53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə, Elis Monolova (hər ikisi 63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutovan (75 kq) hazırlıq prosesində iştirak edəcək.

Qeyd edək ki, təlim-məşq toplanışı martın 5-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi