Yuxarı

Qaçqınların komandası Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək

Bakı. 10 oktyabr. REPORT.AZ/ 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında qaçqınların komandası da iştirak edəcək.

“Report”un məlumatına görə, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən iclasında qəbul olunub. Qurumun rəhbəri Tomas Bax bildirib ki, hazırda 50-dən çox idmançı bu komandanın heyətində Oyunlara qatılmaq üçün qeydiyyatdan keçib.

Qaçqınların komandası ilk dəfə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib. Həmin vaxt Suriya, Konqo Demokratik Respublikası, Cənubi Sudan və Efiopiyadan olmaqla, 3 idman növü üzrə 10 idmançı yarışlarda iştirak edib. Lakin onlardan heç biri medal qazana bilməyib.

Qeyd edək ki, hazırda  Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi