Yuxarı

Pxençxandakı media kəndində koreyalı jurnalist ölü tapılıb

Media kəndindəki otaq yoldaşı onu yuxudan oyatmaq istəyib, lakin məlum olub ki, o ölüb

Bakı. 17 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən 2018-ci il Qış Olimpiya Oyunlarının media kəndində KİV nümayəndələri Yaponiyanın yayım otaqlarından birində tərcüməçi kimi işləyən yerli jurnalisti ölmüş vəziyyətdə tapıblar.

“Report” xəbər verir ki, bu barədə Oyunların Təşkilat Komitəsinin nümayəndəsi Son Pek Yu məlumat yayıb.

"Bu, Yaponiyadan olan həmkarlarına köməklik göstərən koreyalı idi. Media kəndindəki otaq yoldaşı onu yuxudan oyatmaq istəyib, lakin məlum olub ki, o ölüb. Jurnalistin 55 yaşı var idi", - deyə nümayəndə bildirib.

Polis kişinin ölüm səbəblərinin araşdırılması məqsədi ilə araşdırmalara başlayıb.

Ölənin tənışlarının sözlərinə görə, ölümündən bir müddət əvvəl o, ürək ağrılarından şikayətlənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi