Yuxarı

Pxençxan Qış Paralimpiya Oyunlarının büdcəsi açıqlanıb

Vəsaitin böyük hissəsini Cənubi Koreya hökuməti ayırıb

Bakı. 23 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Paralimpiya Oyunlarının büdcəsi müəyyənləşib. 

"Report"un məlumatına görə, bu barədə Təşkilat Komitəsinin rəsmisi Nensi Pak açıqlama verib. O, ümumi büdcənin 12,5 milyard dollar təşkil edəcəyini bildirib. Vəsaitin böyük hissəsini - 10,1 milyard dolları Cənubi Koreya hökuməti infrastrukturun yaradılmasına ayırıb. Bura 2,4 milyard dollar məbləğində əməliyyat xərcləri də əlavə olunub. 

Qeyd edək ki, Pxençxan Qış Paralimpiya Oyunları 9 - 18 martda təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi