Pxençxan Qış Olimpiya Oyunlarının büdcəsi açıqlanıb

Pxençxan Qış Olimpiya Oyunlarının büdcəsi açıqlanıb Biletlərin 78 faizi satılıb
Fərdi
7 Fevral , 2018 14:10
Pxençxan Qış Olimpiya Oyunlarının büdcəsi açıqlanıb

Bakı. 7 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində təşkil olunacaq XXIII Qış Olimpiya Oyunlarının büdcəsi açıqlanıb. 

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bugünkü mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Təşkilat Komitəsinin büdcəsi 2,4 milyard dollardır. 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilmiş Oyunların büdcəsi isə 2,5 milyard dollar olub.

Bununla yanaşı, T.Bax biletlərin 78 faizinin satıldığını söyləyib. O, satışın böyük templə artacağına əminliyini ifadə edib. 

Qeyd edək ki, Pxençxan Qış Olimpiya Oyunları 9 – 25 fevralda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi