Yuxarı
    Bağlamaq

    Pxençxan-2018: Kanadalı idmançılar iki növdə qızıl medal qazanıblar

    Bakı. 20 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında daha iki növ üzrə mükafatçılar müəyyənləşib.

    “Report” xəbər verir ki, kanadalı fiqurlu konkisürənlər Tessa Virçu və Skott Moirdən ibarət cütlük qızıl medal qazanıb. Onlar qısa və sərbəst proqramın yekununda 206,07 bal alıblar ki, bu da dünya rekordudur.

    Gümüş medalları isə sərbəst rəqsdə (123,35 bal) rekord vuran fransalı Qabriela Papadakis və Qiyom Sizeron əldə ediblər. ABŞ idmançıları Maya və Aleks Şibutanilər isə bürünc medallara yiyələniblər.

    Qadınlar arasında fristaylın ski-hafpayp növündə də kanadalı idmançı - Kessi Şarp birinci yeri tutub. Fransalı Mario Martino ikinci, ABŞ idmançısı Brita Siqurni isə üçüncü olub.

    Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi