Yuxarı

Pxençxan-2018: Kanada 9-cu qızıl medalını əldə edib

Bakı. 21 fevral. REPORT.AZ/ Kanadalı Breydi Lemen Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında fristaylın ski-kross növü üzrə kişilərin yarışında qızıl medal qazanıb.

“Report” xəbər verir ki, isveçrəli Mark Bişofberger ikinci, rusiyalı Sergey Ridzik isə üçüncü yeri tutub.

Qeyd edək ki, bu, Kanadanın 9-cu "qızıl"ı, ümumilikdə isə 20-ci medalı olub. Medal sayında ilk pillədə Norveç (30 medal), ikinci sırada Almaniya qərarlaşıb (23). Kanada isə üçüncü yerdədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi