Yuxarı

Pxençxan-2018: Belarus ikinci, Macarıstan ilk qızıl medalını qazanıb

Bakı. 22 fevral. REPORT.AZ/ Belarusun biatlon üzrə qadınlardan ibarət yığması Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb.

“Report” xəbər verir ki, postsovet komandası 4x6 km məsafəyə estafet yarışında 1 saat 12 dəqiqə 3,4 saniyə göstərici ilə birinci olub. İsveç yığması gümüş (1 saat 12 dəqiqə 1 saniyə), Fransa kollektivi isə bürünc medal (1 saat 12 dəqiqə 21 saniyə) qazanıb.

Şort-trekdə kişilərin 5000 metr məsafəyə komanda yarışında Macarıstan yığması rəqiblərini qabaqlayıb. Çin ikinci, Kanada isə üçüncü yeri tutub.

Qeyd edək ki, bu, Belarusun 2-ci, Macarıstanın isə ilk qızıl medalıdır. Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi